138 aydan sonra
PSJ Liqa1-in “Nant”la oyununda 1:3 hesabı ilə uduzub. Parislilər hər üç qolu ilk hissədə buraxıb.
Paytaxt təmsilçisi ölkə çempionatında uzun fasilədən sonra bu durumla üzləşib. PSJ-nin ilk hissədə 3 qol buraxmasına sonuncu dəfə 138 ay öncə təsadüf olunub.
2010-cu ilin avqustunda “Soşo” 3:1 hesablı qələbə qazandığı matçda bütün qollarını ilk yarıda vurub. Həmin vaxt qalib komandanı çalışdıran Antuan Kambuare bu dəfə də “Nant”ın sükanı arxasında olub.