Sürpriz kupon – 20.02.2022
“Borussiya Dortmund” – “Borussiya M” – 2,5 ÜST
Hər iki komanda stabil oyun nümayiş etdirə bilmir. Dortmund təmsilçisi “Bayer”ə böyük hesablı məğlubiyyətən sonra “Union”a qalib gəldi. Avroliqada isə “Reyncers”ə uduzdular (2:4). Münhenqladbax təmsilçisinin turnir vəziyyəti daha ağırdır. Hər iki “Borussiya”nın hücumda məhsuldar, müdafiədə isə etibarsız oynadığını nəzərə alıb rahatlıqla 2,5 üst variantına mərc etmək olar.
“Fiorentina” – ” Atalanta” – QOL/QOL
“Fiorentina”nın öz meydanındakı oyunlarda məhsuldarlığı yüksəkdir. “Atalanta” isə bir qayda olaraq səfər matçlarında məğlub olmur. “Fiorentina”nın” ev amili”ni və “Atalanta”nın məhsuldarlığını əsas götürsək, bu oyunda qol-qola güvənmək olar.
“Betis” – “Malyorka” – 1
3-cü sırada yer alan “Betis” əla mövsüm keçirir. Son oyunlarda ardıcıl qələbələri var. “Malyorka” isə 18-ci pillədə qərarlaşıb. Komandanın məhsuldarlığı çox aşağıdır. 22 top vurub, 36-nı buraxıblar. Stabil oyun sərgiləməkdə çətinlik çəkirlər. Bütün faktlar “Betis”in xeyrinədir, ona görə də məsləhətli variant oyun 1-dir.