Millimizdən irəliləyiş

Millimizdən irəliləyiş

Azərbaycan millisi FİFA reytinqində irəliləyib. Yığmamız Vyetnamı keçib.

Buna Monqolustan (1:0) və Bolqarıstanla (1:1) matçların nəticələri səbəb olub. Millimiz xal hesabını 1177,83-ə çatdırıb. Bu, yığmamızı 112-ci pilləyə daşıyıb. Böyük xal itkisi ilə üzləşən Vyetnam millisi isə 105-ci pillədən 115-ci yerə yuvarlanıb.

Qeyd edək ki, FİFA millilərin cədvəlini aprelin 4-də açıqlayacaq. Yığmamız son siyahıda 1174,22 xalla 113-cü olub.

ETOPAZ

Əvvəlki yazı

Avropa Oyunları İstanbulda

Növbəti yazı

Endrikdən rekord