Millimizdən qollu heç-heçə

Millimizdən qollu heç-heçə

Azərbaycan milli komandası növbəti oyununu keçirib. Yığmamız AVRO-2024-ün seçmə mərhələsinin III turunda Estoniya ilə görüşüb.

Canni de Byazinin yetirmələri tsikldə ilk ev matçını “Dalğa Arena”da keçirib. Bunadək Avstriyada 1:4, İsveçdə 0:5 hesabı ilə uduzan komandamız meydana ilk xal üçün çıxıb.

F qrupunun autsayderlərinin matçında qollu heç-heçə qeydə alınıb. Rauno Sappinen 27-ci dəqiqədə qonaqları hesabda önə çıxarıb. Yığmamız ikinci hissədə Anton Krivotsyukun qolu ilə bir xal qazanıb – 1:1.

Qeyd edək ki, üç oyunda bir xal toplayan millimiz F qrupunda 5-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ-nin baş məşqçi planı

Növbəti yazı

Haland susqunluğa son qoydu