Haland susqunluğa son qoydu
Erlinq Haland qolsuz seriyaya son qoyub. “Mançester Siti”nin hücumçusu ardıcıl 5 oyunluq susqunluğu Norveç millisinin heyətində başa vurub.
O, AVRO-2024-ün Şotlandiya ilə ev qarşılaşmasında fərqlənib. Bunadək Erlinq son dəfə mayın 14-də qol vurmuşdu. Həmin gün mançesterlilərin forvardı “Everton”u məyus edib.
Bu, 22 yaşlı hücumçunun yığmada 22-ci qoludur. O, rekorduçu Yerqan Yuvedən 11 top geri qalır.
Qeyd edək ki, Norveç Şotlandiyaya 1:2 hesabı ilə uduzub.