Messi Ronaldoya çatdı

Messi Ronaldoya çatdı

Qətərdə keçirilən DÇ-2022-nin üçüncü oyun gününə start verilib. C qrupunun Argentina – Səudiyyə Ərəbistanı matçında ilk 45 dəqiqə başa çatıb.


10-cu dəqiqədə penaltidıən fərqlənən Lionel Messi argentinalıları hesabda önə çıxarıb. Cənubi amerikalılar ilk yarını 1:0 hesabı ilə öndə bitirib.


Bu, Messinin dünya çempionatlarında 7-ci qoludur. Argentinalı 20-ci oyununda fərqlənib.
O, bununla da Kriştiano Ronaldoya çatıb. Portuqaliyalı mundiallardakı 17 qarşılaşmada 7 qol vurub. Bu göstəricidə rekord 16 qol vuran Miroslav Klozeyə məxsusdur.


Qeyd edək ki, 2006, 2010, 2014 və 2018-ci illərdə də dünya çempionatında iştirak edən Messi 5-ci mundialında meydana çıxıb. O, bununla da Antonio Karvaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffona (İtaliya) çataraq dünya rekorduna şərik çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.11.2022

Növbəti yazı

Almaniya yığmasında itki