Sürpriz kupon – 23.11.2022
İspaniya – Kosta Rika ÜST 2.5
İspaniyanın gənc yetənəkləri bu oyunda özünü göstərib çempionatboyu əsas heyətdə möhkəmlənmək üçün əlindən gələni edəcək. Keylor Navasın meqaistedadı belə çətin ki, bu təzyiq qarşısında möcüzə yarada bilsin. Kosta-Rikanın isə Ruis, Kempbell və digər ustalıq səviyyəsi müzakirə olunmayan hücumameylli futbolçuları var. Bunları nəzərə alaraq ÜST 2.5 variantını mərc etmək olar.
Almaniya – Yaponiya ÜST 2.5
Almaniyanın favorit olduğu bu oyunda yaponların asanlıqla təslim olmayacağını düşünürəm. Yaponiyanın heyətində Bundesliqa təcrübəsi olan və hazırda Almaniyada top qovan futbolçular az deyil. Maraqlı və qollu bir oyun gözləyirəm.
Mərakeş – Xorvatiya 2
DÇ 2018-in finalçısının qələbəsinə ETOPAZ yüksək əmsal verir.
Xorvatlar bütün dövrlərdə istedadlı futbolçular sarıdan korluq çəkməyib. Üstəlik, bizim milli kimi Xorvatiya da son 5 oyununda qələbə qazanıb. Amma De Byazinin komandasından fərqli Zlatko Daliçin yetirmələri bu matçlarda Fransa, Danimarka, Avstriya kimi sanballı rəqibləri üstələyib.
Mərakeşə olan bütün hörmətimə rəğmən, Xorvatiyanın bu oyunda qələbəsini sınamağa dəyər.