Almaniya yığmasında itki
Almaniya millisi itki ilə üzləşib. Bunu Almaniya Futbol İttifaqı açıqlayıb.
DÇ-2022-nin favoritlərindən sayılan Bundestim Leroy Sanenin xidmətindən məhrum olub.
“Bavariya”nın vingeri ilk turun Yaponiya ilə matçını buraxacaq. Buna futbolçunun dizindəki zədə səbəb olub.
Qeyd edək ki, Almaniya – Yaponiya matçı noyabrın 23-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.