Messi 300 milyonu keçdi

Messi 300 milyonu keçdi

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi daha bir unikal göstəriciyə imza atıb. Cənubi amerikalı hücumçu instaqramda 300 milyon izləyici səddini adlayıb.

O, buna nail olan ikinci futbolçudur. Yalnız Kriştiano Ronaldoda bu rəqəm daha yüksəkdir. “Mançester Yunayted”in portuqaliyalı ulduzunun izləyici sayı 389 milyonu keçib.

Futbolçular arasında 3-cü pillədə Neymar qərarlaşıb. Braziliya millisinin və PSJ-nin oyunçusunun 168 milyon izləyicisi var.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.01.2022

Növbəti yazı

Bundesliqanın ən yaxşısı