Sürpriz kupon – 14.01.2022
“Brayton” – “Kristal Pelas” – qol/qol
“Brayton”un son 3, “Kristal Pelas”ın isə son 2 oyunu qol/qolla yekunlaşıb. “Brayton” Premyer Liqada 3 turdur uduzmur. Əfsanəvi fransalı Patrik Vieyranın rəhbərlik etdiyi “Kristal Pelas” 12-ci pillədədir. Şəxsi oyunlara baxdıqda, üstünlük “Kristal Pelas”ın tərəfindədir. “Brayton” son 5 oyunda rəqibini məğlub edə bilməyib.
“Zvolle” – “Villem II” – 1
18 oyuna cəmi 6 xal toplayan “Zvolle” Erediviziyanın aşkar autsayderidir. Komanda son 3 görüşdə meydanı məğlub tərk edib. Amma “Zvolle” bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxır. “Villem II” də vəziyyət faciəvidir – son 8 oyunun hamısında məğlubiyyət qeydə alınıb. Sürpriz kuponda “Zvolle”nin 8 oyundan sonra qələbə qazanacağı sürprizini gözləməyə dəyər.
“Dinamo Drezden” – “Hamburq” – 2
Bundesliqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyan “Hamburq” hələ ki lider “Sankt Pauli”dən 6 xal geri qalır. Amma marafonun sonuna çox qaldığından üst sıralarda vəziyyət dəyişə bilər. Drezden klubu ötən ilin son oyununda “İnqolşdat”a böyük hesabla uduzmuşdu. Məncə, bu oyuna “2” yazıb, “Hamburq”un qələbəsini gözləməyə dəyər.