Günün kuponu – 14.01.2022
“Nitsa” – “Nant” – 1
Afrika Millətlər Kubokunun başlaması Fransa klublarına yenə də ciddi ziyan vurur. “Nant”ın 4 aparıcı futbolçusu hazırda öz ölkələrinin milli komandalarının düşərgəsindədir. “Nitsa”nın isə 2 oyunçusu Afrikaya yollanıb. “Nitsa” Liqa-1-də son 3 görüşdə qalib gəlib. Bu komandalar arasında keçirilən son 3 matçda qələbə “Nitsa”nın tərəfində olub. Hazırda “Marsel”lə xallarını bırabərləşdirib 2-ci yeri tutan Kristof Qaltyenin yetirmələri bu oyunda büdrəməməlidir.
“Borussiya Dortmund” – “Frayburq” – qol/qol
Dortmund klubu son 3 oyunda rəqib qapılarına 8 top vurub, beşini buraxıb. Komandanın hücum xətti nə qədər əzəmətli görünsə də, eyni sözləri müdafiə haqqında demək mümkün deyil. Təsadüfi deyil ki, “Borussiya” ilk “dördlük”də olan klublar arasında ən çox qol buraxan komandadır. “Frayburq”un da əksər oyunları məhsuldar alınır. Ümid edirəm ki, bu dəfə də qarşılıqlı qollar izləyə biləcəyik.
“Gent” – “Kortreyk” – 1
“Kortreyk” çempionatda son 3 matçını qələbə ilə başa vurub. Komanda öz meydanında daha inamlı təsir bağışlayır. “Kortreyk” doğma divarlar arasında “Gent”i son iki görüşdə məğlub edib. Amma indi vəziyyət fərqlidir. Həm “Kortreyk”in itkiləri çoxdur, həm də “Ghelamco Arena” Belçikada ən çətin səfərlərdən hesab olunur. “Gent” bu oyunda xal itirsə, əsl sensasiya olacaq.