Marrey yenidən yarımfinalda

Marrey yenidən yarımfinalda

“Böyük dəbilqə” turnirlərinin üçqat çempionu Endi Marrey uğursuz seriyaya son qoyub. O, 27 aydan sonra ATP səviyyəli turnirin yarımfinalına yüksəlib.

Marrey buna Sidneydə nail olub. O, 1/4 finalda David Qoffeni məğlub edib. Belçikalı ilk setdə 2:6 hesabı ilə uduzandan sonra oyunu davam etdirmək istəməyib. Endi sonuncu dəfə 2019-cu ilin oktyabrında yarımfinala qədər irəliləyib. O, həmin vaxt Antverpen turnirinin qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Harden rekordunu yenilədi

Növbəti yazı

Günün kuponu – 14.01.2022