Mbappe Benzemanı keçdi
Kilian Mbappe Fransa yığmasında növbəti dubluna imza atıb. 24 yaşlı hücumçu AVRO-2024-ün Niderlandla seçmə oyununda fərqlənib.
4:0 hesablı qələbəyə 2 qolla töhfə verən forvard yığmadakı 37-ci və 38-ci topunu vurub. Bununla da Kilian Kərim Benzemanı arada qoyub.
Yığma tarixinin 5-ci bombardirini rekorddan 15 qol ayırır. Bu rekord 53 dəfə fərqlənən Olivye Jiruya məxsusdur.