Canni de Byazi: “İkinci qoldan sonra inamı itirdik”

Canni de Byazi: “İkinci qoldan sonra inamı itirdik”

Avro-2024-ün seçmə mərhələsinə start verilib. Azərbaycan millisi Avstriyanın qonağı olub – 1:4.

Matçdan sonra komandamızın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə inamı itirdik. Son dəqiqələrədək çətin oldu bizə. Çox əziyyət çəkdik.Bu gün millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Avstriyaya məğlub oldu

Növbəti yazı

Mbappe Benzemanı keçdi