Marş yenidən Premyer Liqada

Marş yenidən Premyer Liqada

“Sauthempton”un yeni baş məşqçisi müəyyənləşib. İngiltərə klubunu Cessi Marş çalışdıracaq.

Bir müddət əvvəl “Lids”in istefaya göndərdiyi amerikalı mütəxəssis Premyer Liqanın autsayderinin sükanı arxasına keçəcək.

“Müqəddəslər” Neytan Consla yollarını ayırdıqdan sonra Marşı gətirməyi lazım bilib. Artıq danışıqları başa vuran tərəflər yaxın müddətdə müqavilə imzalayacaq. Marş komandanı “Çelsi” ilə fevralın 18-dəki görüşə çıxarmalıdır.

Qeyd edək ki, 22 oyundan sonra 15 xala malik “Sauthempton” sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.02.2023

Növbəti yazı

La Liqa klubunda təyinat