Marreylə Rune İndian-Uellsdə

Marreylə Rune İndian-Uellsdə

İndian-Uellsdə keçiriləcək turnirə “vild card”la qatılacaq tennisçilərin siyahısı bəlli olub. Təşkilatçılar yarışa bir neçə aşağı reytinqli, lakin adlı-sanlı raketkanı dəvət edib.

Kişilərin mübarizəsində dünyanın sabiq bir nömrəsi Endi Marrey də turnirə qatılacaq. Holger Rune, Censon Bruksbi, Cek Sok, Zakari Svayda İndiana-Uellsdə korta çıxacaq.

“US Open”in qalibi Emma Radukanu qadınların yarışına “vild card”la qatılacaq. Sabiq bir nömrəli raketka Kim Kliysters, Kler Lo, Katrin Maknelli, Keti Volınets, Elza Jakmo, Katrina Skott, Eşli Kryuqer turnirdə mübarizə aparacaq.

Xatırladaq ki, turnir oktyabrın 4-17-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Bununla kifayətlənməməliyik”

Növbəti yazı

Daniel Starric Avstraliya klubunda