Daniel Starric Avstraliya klubunda
İngiltərə millisinin sabiq futbolçusu Daniel Starricin yeni klubu bəlli olub. 32 yaşlı hücumçu karyerasını Avstraliyada davam etdirəcək.
O, “Pert Qlori” klubu ilə müqavilə imzalayıb. İngiltərəli futbolçunun anlaşması 2022-ci il iyunun 30-dək nəzərdə tutulub. Starricin son komandası Türkiyə “Trabzonspor”u olub. O, karyerası ərzində “Mançester Siti”, “Çelsi”, “Liverpul” və “Vest Bromviç”də də forma geyinib.