“Mançester Yunayted”in hücumçu planı
“Bolonya”nın futbolçusu Marko Arnautoviç “Mançester Yunayted”in hədəfinə düşüb. İngiltərə klubu avstriyalı hücumçunu bu yay ələ keçirmək istəyir.
Amma italiyalılar onu satmaqda maraqlı deyil. Mançesterlilər danışıqların müsbət nəticələnməsinə ümid edir.
Premyer Liqa təmsilçisi onun müqaviləsindəki sərbəstqalma məbləğini də nəzərdən keçirir. Arnautoviçin transfer qiyməti 6 milyon avro ilə dəyərləndirilir.