Medvedev finalda

Medvedev finalda

Dünyanın birinci rakatkası Daniil Medvedev Los-Kabos turnirinin finalına yüksəlib. Rusiyalı tennisçi yarımfinalda Miomir Ketsmanoviçə qalib gəlib – 7:6, 6:1.

Bununla da Medvedev ATP reytinqində birinci pilləni daha iki həftəlik təmin edib. O, avqustun 22-də başa çatacaq Sinsinatti “Masters”inin sonunadək mövqeyində qalacaq.

Sinsinattidən sonra onu iki tennisçi keçə bilər. Bunlar Rafael Nadal və Karlos Alkarasdır.

e-Topaz

Əvvəlki yazı

“Mançester Yunayted”in hücumçu planı

Növbəti yazı

“Roma”nın hədəfi