“Mançester Yunayted” məşqçi axtarışından imtina etdi

“Mançester Yunayted” məşqçi axtarışından imtina etdi

“Mançester Yunayted” yeni baş məşqçi axtarışlarını dayandırıb. Buna səbəb mövsümün sonunadək müvəqqəti baş məşqçi təyin olunan Ralf Ranqnikdir.

Klub rəhbərliyi almaniyalı mütəxəssisin işindən və əldə olunan nəticələrdən razıdır. Bu üzdən də onun postunda saxlanılması variantı nəzərdən keçirilir.

Noyabrın 29-dakı təyinatdan sonra mançesterlilər 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətə imza atıb. Hazırda komanda Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Öncə Erik Ten Haq, Maurusio Poçettino, Xulen Lopeteqi və Luis Enrikenin namizədliyi müzakirə olunurdu.

ETOPAZ

Əvvəlki yazı

Dibalaya 10 milyonluq təklif

Növbəti yazı

Günün kuponu – 28.01.2022