Günün kuponu – 28.01.2022
Çili – Argentina Alt 2,5
Dünya çempionatının seçmə mərhələsinin Amerika zonasında Braziliya və Argentina özlərini rahat hiss edə bilərlər. Çilinin isə əksinə mundialdan kənarda qalmaq təhlükəsi var. “Dördlüy”ə yüksəlmək üçün Aleksis Sançez və komanda yoldaşları öz meydanlarında Argentinanı məğlub etməlidir. Amma bu elə də asan olmayacaq. Çilinin seçmə mərhələdəki əksər görüşlərində məhsuldarlıq aşağı olub. İndi də düşünürəm ki, hər iki komanda ehtiyatlı oynayacaq. Bu səbəbdən alt 2,5 variantına üstünlük verirəm.
Kolumbiya – Peru 1
17 xalla 4-5-ci yerləri bölüşən komandaların oyunu əsl “döyüş” meydanına çevriləcək. Peru cari seçmə mərhələnin sürprizlərindəndir. Bu cütdə şanslar bərabər olsa da, Kolumbiyanın meydan sahibi olması bir qədər fikirləri dəyişir. Həm də Kolumbiya yığmasının heyətində Kuadrado, Muriel, Zapata kimi top klubların ulduz futbolçuları var. Perunun isə belə güclü heyəti yoxdur. Məncə, kolumbiyalılar bu matçda qələbə qazana bilərlər.
Venesuela – Boliviya 2
Venesuela 7 xalla aşkar autsayderdir. Komandanın artıq heç bir şansı qalmayıb. Bolivyanın isə hələ də üst sıralara yüksəlmək imkanı var. Bolivya seçmə mərhələnin son oyununda Uruqvayın qapısından 3 cavabsız top keçirmişdi. Bundan başqa, boliviyalılar yanvarın 22-də keçirilən yoldaşlıq oyununda da Trinidad və Tobaqonu darmadağın etmişdilər – 5:0.