Sürpriz kupon – 28.01.2022
“Hadersfild” – “Stok Siti” qol/qol
“Hadersfild” artıq 7 oyundur ki, uduzmur. “Stok” isə Championship-də ardıcıl 2 görüşdə məğlub olub. “Hadersfild”dən fərqli olaraq, Martin Onillin komandasının bu mövsüm ciddi iddiaları qalmayıb. Bu komandalar arasında son 4 matçda qol/qol qeydə alınıb. Ümid edirəm ki, ənənə bu dəfə də davam edər.
“Valyadolid” – “Sportinq Xixon” 1
Bu mövsüm qarşısına La Liqaya qayıtmaq hədəfi qoymuş “Valyadolid” son oyunda “Saraqosa” səfərində xal itirdi. Xixon təmsilçisi axır vaxtlar əla təsir bağışlayır. Komanda son 5 görüşdə məğlubiyyət acısı dadmayıb. Amma bu cür seriya da əvvəl-axır qırılmalıdır. Düşünürəm ki, Valyadolid səfəri “Xixon”un məğlubiyyətsiz oyunlar seriyasının sonu ola bilər.
Çili – Argentina 1
Messi və yoldaşlarının Çili ilə oyunda büdrəmək ehtimalı az olsa da, sürpriz kupondursa, niyə də risk etməyək? Həm də qələbə Argentinadan çox Çiliyə lazımdır.