Liderdən 50-ci qələbə

Liderdən 50-ci qələbə


Dünyanın üçüncü raketkası Stefanos Tsitsipas 2021-ci ildə 50-ci qələbəsini qazanıb. Yunanıstanlı tennisçi “US Open”in 2-ci mərhələsində fransalı Adrian Mannarinoya qalib gəlib – 6:3, 6:4, 6:7, 6:0. Stefanos il ərzindəki qələbə sayında ATP turunun lideridir. O, ən yaxın izləyicisi Andrey Rublyovdan 7 qələbə üstündür. Tsitsipas karyerasının rekordunu təkrarlamaq üçün daha 4 matçda qalib gəlməlidir. Yunan tennisçi 2019-cu ildə 54 dəfə rəqiblərini məğlub edib.
Stefanos “US Open”in 3-cü mərhələsində ispaniyalı Karlos Alkaras ilə qarşılaşacaq. O, heç vaxt bu turnirdə ilk üç raundu adlamayıb.

ETOPAZ

Əvvəlki yazı

Andre Onana “İnter”ə keçəcək

Növbəti yazı

Riberidən 1,8 milyonluq tələb