Andre Onana “İnter”ə keçəcək

Andre Onana “İnter”ə keçəcək


Niderlandın “Ayaks” klubunun futbolçusu Andre Onana İtaliya “İnter”inə keçəcək. Amsterdam təmsilçisi ilə müqavilə imzalamaqdan imtina edən qapıçı gələn ilin yayında azad agent statusu ilə milanlılara qoşulacaq. A seriyası klubu 25 yaşlı kamerunlu ilə ilkin razılığa gəlib. “İnter”lə Onana arasında 4 illik müqavilə imzalanacaq.
Bu ilin fevralında dopinq səbəbindən 9 aylıq diskvalifikasiya olunan Andre noyabrın 4-də meydana qayıda bilər.

ETOPAZ

Əvvəlki yazı

Karyerasının ən pis məşqçisini açıqladı

Növbəti yazı

Liderdən 50-ci qələbə