Kostas “Çikaqo”da

Kostas “Çikaqo”da

“Çikaqo” heyətinə yeni basketbolçu qatıb. Kostas Adetokumbo “Bulls”un uğurları üçün çalışacaq.

24 yaşlı hücumçu ilə ikitərəfli müqavilə imzalanıb. Çikaqo təmsilçisi Kostasın karyerasında 4-cü klubdur.

Adetokumbo NBA-da üç mövsüm keçirib. Daha çox farm-komandalarda oynayan basketbolçu “Leykers” və “Dallas”dakı çıxışları ilə yadda qalıb.

Qeyd edək ki, Kostas ötən mövsüm Fransa təmsilçisi “Villerban”ın formasını geyinib. O, orta hesabla 6,2 xal və 2,8 ribaunda imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Rublyovdan Neapol qərarı

Növbəti yazı

Günün şansı – 15.10.2022