Komandalarımızın potensial rəqibləri bəlli oldu

Konfrans Liqasının II təsnifat mərhələsinin bugünkü püşkatması ərəfəsində UEFA komandaları qruplara bölüb. Azərbaycan klublarının mümkün rəqiblərinin sayı azalıb.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi”ni 5 variant gözləyir. Bakılılar “Debretsen” (Macarıstan), MOİK 1948 (Bolqarıstan), “Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus), “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütlərinin qaliblərindən biri ilə qarşılaşacaq.

Səpələnməmişlər sırasında yer alan “Sabah”ın mümkün rəqibləri ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan), “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütlərinin qalibidir.

“Qəbələ” isə “Fənərbaxça” (Türkiyə), PAOK (Yunanıstan), “Omonoiya” (Kipr), “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus), “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütlərinin qalibi ilə qarşılaşa bilər.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin Kovaçiç arzusu

Növbəti yazı

“Qarabağ” üçün 3 ehtimal