“Qarabağ” üçün 3 ehtimal
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. Bugünkü püşkatmada “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü birinci qrupda yer alacaq.
Təmsilçimizin yer aldığı cüt səpələnmiş olacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, üç variantdan biri ilə qarşılaşacaq.
Ağdamlılar “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə görüşə bilər.