Jota meydana qayıdır

Jota meydana qayıdır

“Liverpul”un futbolçusu Dioqo Jota Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edə bilər. Bunu komandanın baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Alman mütəxəssis bildirib ki, portuqaliyalı yarımmüdafiəçinin “Real”la görüşlərə hazır olması gözlənilir. Jota artıq fərdi məşq edir və gələn həftə komandaya qoşulacaq.

Dioqo 2022-ci ilin oktyabrında zədələnib. Bu üzdən yarımmüdafiəçi DÇ-2022-ni də buraxıb.

Qeyd edək ki, “Real”la ilk matç fevralın 21-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Fatiyə Premyer Liqadan elçi

Növbəti yazı

“Mançester Siti”də ciddi itki