Jezuş “Real”ın hədəfində

Jezuş “Real”ın hədəfində

“Real” “Mançester Siti”nin hücumçusu Qabriel Jezuşla maraqlanır. Kilian Mbappenin transferində son anda istəyinə çata bilməyən İspaniya klubu Braziliya millisinin üzvünü ona layiqli əvəzləyici kimi görür.

Erlinq Halandın transferindən sonra növbəti mövsüm əsas heyətə düşəmək şansı qalmayan Jezuş özü də komandasını dəyişmək niyyətindədir. “Şəhərlilər” sərfəli təklif qarşılığında forvardını satmağa isti yanaşır. Onun Premyer Liqa klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Qabriel Jezuş ötən mövsüm bütün turnirlərdə 41 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Dünyanın ən bahalı futbolçuları – “top-10”

Növbəti yazı

“Liverpul”da yeni müqavilə