İquain futboldan gedir

İquain futboldan gedir

Qonsalo İquain karyerasını başa vuracaq. Bunu argentinalı hücumçunun atası açıqlayıb.

Xorxe İquain bildirib ki, MLS-də “İnter Mayami”nin şərəfini qoruyan oğlu ilin sonunda futbolla vidalaşacaq: “Onun Argentinaya qayıdacağını düşünmürəm. Çünki özü mənə deyib ki, ilin sonunda karyerasını başa vuracaq. İl bitəcək və idmandan gedəcək. Oyunçu karyerasından sonra da idmana bağlı olmasını istəyirəm. O, futbolda qalmasa pis olar”.

Qeyd edək ki, Qonsalo Argentina millisi, həmçinin “Real”, “Napoli”, “Yuventus”, “Milan” və “Çelsi” kimi klubların formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Ançelotti Londona aparılmadı

Növbəti yazı

Günün kuponu – 06.04.2022