Günün kuponu – 06.04.2022
“Villareal” – “Bavariya” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1260]
ÇL-də yarımfinala vəsiqə uğrunda ilk “döyüş”. “Bavariya”nın qol vurub-buraxmağa bir növ adət etməsi bu oyun üçün qol /qol variantını daha etibarlı edir. Cavab matçında işinin daha çətin olacağını anlayan “Villareal” öz meydanında sərfəli nəticə qazanmağa çalışacaq. Belədə qarşılıqlı qollar gözləniləndir.
“Auqsburq” – “Maynz” – 2,5 ALT [nowbetnow-dynamic dyn_code=1261]
26-cı turdan təxirə salınan bu oyun həftəiçi bundesliqada keçiriləcək yeganə matçdır. “Auqsburq”da məhsuldarlığın elə də yüksək olmaması (27 oyuna, 32 qol), “Maynz”ın isə müdafiədə etibarlı oyunu (27 turda 31 qol) fikrimcə, 2,5 alt variantına daha çox inanmağa əsas verir.
“Börnli” – “Everton” – 3,5 ALT [nowbetnow-dynamic dyn_code=1262]
19-cu turdan təxirə salınan bu qarşılaşmada autsayderlər üz-üzə gələcək. “Börnli” son 5 turda cəmi 1 xal qazanıb. “Everton”da zədəlilərin çoxluğu baş məşqçi Frank Lempardın işini çətinləşdirir. Fikrimcə, qonaqlar daha çox ehtiyatlı oyuna üstünlük verib, azı 1 xal üçün çalışacaq. “Everton” 28 turda 30, “Börnli” isə 22 qol vurubsa, bu komandaların matçında 3-dən çox top vurulacağı heç ağlabatan deyil. Ona görə hər ehtimala qarşı 2,5 yox, məhz 3,5 alt!