İngiltərədə ciddi itki

İngiltərədə ciddi itki

“Mançester Siti”nin müdafiəçi Kayl Uolker DÇ-2022-ni buraxa bilər. Bunu “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola açıqlayıb.

O bildirib ki, İngiltərə millisinin üzvü zədə səbəbindən dünya çempionatını buraxmaq riski ilə üzləşib: “Uolker zədə ucbatından bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Nə qədər olduğunu bilmirəm. Həkimlərlə danışmaq lazımdır. Ümid edirəm ki, onun da Kelvin Fillips kimi mundiala qədər hazır olacaq. Bu turnirin oyunçular üçün nə qədər vacib olduğunu bilirəm”.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2022-nin B qrupunda ABŞ, İran və Uelslə mübarizə aparacaq. Mundial 20 noyabr – 18 dekabr aralığında Qətərdə baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”da yeni müqavilə

Növbəti yazı

Keylor Navas PSJ-dən yollarını ayırmaq fikrində