Keylor Navas PSJ-dən yollarını ayırmaq fikrində

Keylor Navas PSJ-dən yollarını ayırmaq fikrində

PSJ-nin qolkiperi Keylor Navas gələcək transfer pəncərəsində klubundan ayrılmaq istəyir. 36 yaşlı qapıçı matçlarda az çıxış etdiyi üçün Paris təmsilçisi ilə vidalaşmaq fikrindədir.

Navas İngiltərənin “Vest Hem”, “Tottenhem” və “Mançester Yunayted” klublarının maraq dairəsindədir. Keylor 2019-cu ildən paytaxt klubunda çıxış edir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.

ETOPAZ

Əvvəlki yazı

İngiltərədə ciddi itki

Növbəti yazı

ÇL-də həftənin oyunçusu