Günün şansı – 12.05.2022
Dallas Maveriks – Finiks Sans – Dorian Finney Smit 3+ üç xallıq atış
Seriyanın 6-cı matçına çıxacaq hər iki komanda üçün bu matç həlledici rol oynayır. Dallas təmsilçiləri Amerikan təbirincə desək “Win or go home” (Ya qalib gəl, ya da evinə get) durumundadır. Bunun üçün heç şübhəsiz bütün ümidlər dallaslıların əsas ulduzu Luka Donçiçədir. Finiks basketbolçuları tam qüvvə ilə Donçiçin qarşısını almağa çalışacaq, bu da Dallasın digər oyunçuları üçün yaxşı şans yaradacaq. Komandanın gizli silahlarından olan Dorian Finney Smit 3 dəfə üçxallıq atışatacağını təxmin etmək olar.
Filadelfiya 76ers – Mayami Hit – 1
Hər iki komanda üçün bu matç həlledici rol oynayır. Günün digər matçındaki kimi bu oyunda da “Filadelfiya” yalnız qalib gəlməlidi. Zədədən yeni dönən, qoruyucu maska ilə oyunlara çıxan Coel Embid bu matç əlindən gələni edəcək. MVP (Ən dəyərli oyunçu) səviyyəsində mövsüm keçirən Embid rahatlıqla bu matçı əldə verməyəcəyini düşünürəm. Bunun üçün də Filadelfiyanın qalib gələcəyini təxmin edirəm