Günün kuponu – 30.10.2023

Günün kuponu – 30.10.2023

“Empoli”-“Atalanta” QQ

Cari mövsüm 5 qələbə qazanan qonaqlar liderdən 7 xal geri qalır. Altıncı pillədə qərarlaşan “Atalanta” ötən tur “Cenoa”nı üstələyib (2-0). A seriyasına uğursuz başlayan “Empoli” heyətlə bağlı problemlərini həll edə bilmir.

“Latsio”-“Fiorentina” QQ

2021-ci ildən qonaqlar “Latsio” klubuna qalib gəlməyi bacarmır. Cari mövsüm “Fiorentina” 9 oyunda 17 xal toplayaraq 4-5-ci yerləri bölüşür. Bu komandaların duelində aşkar favorit yoxdu. Fikrimcə oyun heç-heçə bitəcək.

“Araz Naxçıvan”-“Qarabağ”    1-ci hissə 2

İnanılmaz olsa belə Naxçıvan klubu turnir cədvəlində 4-cü yerdədir. Bu oyun birincilərin xahişi ilə Bakıda Tofiq Bəhramov adına stadionda keçiriləcək. Fikrimcə Ağdam klubu bu matçda inamlı qələbə qazanacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Sumqayıtda qolsuz sülh

Növbəti yazı

Sürpriz kupon – 30.10.2023