Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sumqayıtda qolsuz sülh
Azərbaycan Premyer Liqasında XI turun ikinci oyun günü start götürüb. “Sumqayıt” öz meydanında “Qəbələ”ni qəbul edib.
Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların dueli qarşılıqlı hücumlarla keçib. Lakin rəqiblərdən heç biri qol sevinci yaşamayıb. “Kapital Bank Arena”dakı matç qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.