Günün kuponu – 30.09.2021
“Ştrum” – PSV – qol/qol
“Ştrum” Avstriya çempionatında son 3 oyunda rəqib qapılarına 10 qol vurub. Amma aydın məsələdir ki, “Tirol”, “Rapid” kimi klubları PSV ilə müqayisə etmək olmaz.
PSV-nin Erediviziyada işləri elə də yaxşı getmir. Rocer Şmidtin komandası 2 tur öncə əsas rəqiblərindən olan “Feyenoord”la oyunda rüsvay oldu – 0:4. “Ştrum”la matçdan əvvəl də PSV “Villem” səfərindən xalsız qayıdıb.
Düşünürəm ki, bu oyuna qol/qola mərc etsək, çox da risk etmərik.
“Fənərbağça” – “Olimpiakos” – 1
Yunan klubu yayda “Neftçi” ilə oyunlarda çətinlik çəksə də, indi daha güclü görünür və yerli çempionatın lideridir. “Olimpiakos” Avropa Liqasının 1-ci turunda “Antverpen”dən güclü olmuşdu – 2:1.
“Fənər” çempionatda son iki oyununu qələbə ilə bitirib. İstanbul klubu AL-da səfərdə “Ayntraxt”a qarşı əla oyun nümayiş etdirsə də, 1 xalla kifayətləndi. Məncə, “Fənər” bu dəfə qələbə şansını əldən verməməlidir. Odur ki, 1 yazmaqla yaxşı əmsal da qazanmış oluruq.
“Napoli” – “Spartak” – 1
Neapol klubu A seriyasında 6 oyuna 6 qələbə qazanıb. Luçano Spalleti yəqin ki, “Kalyari” ilə görüşdən fərqli olaraq heyətdə bəzi dəyişikliklər edəcək. Amma “Napoli”nin ehtiyatı da “Spartak”dan güclü görünür. Çox düşünmədən, 1 yaza biləcəyiniz oyundur.
“Ştrum” – PSV – qol/qol [nowbetnow-dynamic dyn_code=645]
“Fənərbağça” – “Olimpiakos” – 1 [nowbetnow-dynamic dyn_code=646]
“Napoli” – “Spartak” – 1 [nowbetnow-dynamic dyn_code=647]
Ümumi əmsal: 4,50