Günün kuponu – 29.08.2022

Günün kuponu – 29.08.2022

“Kadis” – “Atletik” ALT2.5
Bilbao təmsilçisi yeni mövsümə uğurlu başlayıb. İki görüşdən 4 xalı olan “Atletik” qapısından qol buraxmayıb. Meydan sahiblərində vəziyyət yaxşı deyil. Ardıcıl iki görüşdə uduzan “Kadis” rəqib qapısına yol tapa bilmir.

“Konyaspor” – “Fənərbağça” ÜST2.5
Konya təmsilçisi uğursuz startla diqqəti cəlb edir. 3 oyunda 5 xal toplayan meydan sahibləri qol vura bilməyib. “Fənərbağça” isə ilk üç turda 7 xala sahib çıxıb. Bu matçlarda 13 qol vuran “Fənər” hücum futbolu ilə diqqəti cəlb edir.

”Beşiktaş” – “Sivasspor” 1
3 oyuna 7 xal toplayan “Beşiktaş” inamlı oyun sərgiləmir. Sivas təmsilçisi qələbəyə həsrətdi. Qonaqlar cari mövsüm yalnız 2 heç-heçəyə sevinib. Son 5 matçda uduzmayan qara qartalların doğma meydanda qələbə qazanacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Ayntraxt”dan “Benfika”ya

Növbəti yazı

Sürpriz kupon – 29.08.2022