Sürpriz kupon – 29.08.2022
“Partizani” – “Laçi” QOL/QOL
Yeni start götürən Albaniya çempionatında 2-ci turun görüşləri keçirilir. Bərabər xalla qonşu pillələrdə qərarlaşan klublarla bağlı proqnoz vermək asan deyil. Tərəflərin son iki duelində “Partizani” çətin qələbə qazanıb. İlk turdakı nəticələrdən sonra fikrimcə klublar meydanı qolsuz tərk etməyəcək.
“Brondbü” – “Midtyulənd” QOL/QOL
Danimarka çempionatında 7-ci tur. İlk altı turdan sonra klublar hərəyə 6 xal toplayıb. Fərq ondadır ki, qonaqlar 1 qələbə qazanıb, 3 heç-heçəyə nail olub. “Brondbü” isə 2 qələbə ilə yanaşı 4 matçda məğlubiyyətə üzülüb. Superliqada klubların son 3 matçı ÜST2.5 seçimini doğruldub.
“Hapoel Hadera” – “Makkabi Tel-Əviv” 2
İsrail çempionatında mövsüm yeni başlayıb. “Makkabi” açılış turunda 5-0 hesablı qələbə qazanıb. Hazırkı heyətlə qonaqlar görüşün favoriti sayılır. Son 4 görüşdə qələbə qazanan Tel-Əviv təmsilçisinin xal itirəcəyini düşünmürəm.