Günün kuponu – 29.01.2024
Salernitana – Roma – QQ
Liderlər qrupuna yaxınlaşmaq istəyən “Roma” son iki ildə bu rəqiblə bacarmır. Bir qayda olaraq oyunlar məhsuldar heç-heçəylə yekunlaşıb. Hər iki komandada itkilər çoxdur. Qonaqlarda müxtəlif səbəblərdən Kulibali, Dia, Pirola oynamayacaq. Bu oyunda tərəflərin meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.
Blekbörn – Rekshem – 1
İkinci liqada çıxış edən “Rekshem” Çempionşipdə mübarizə aparan “Blekbörn”lə qarşılaşır. İngiltərə Kubokunda 1/16 final mərhələsində hər iki komandanın şansları bərabər qiymətləndirilir. Kubok turnirlərində daha təcrübəli olan “Blekbörn”ün növbəti mərhələyə çıxacağına inanıram.
İraq – İordaniya – ÜST2.5
Asiya Kubokunda 1/8 final başlayır. Qrupda maksimum xal toplayan İraq nisbətən zəif rəqiblə mübarizə aparacaq. Hər iki komandanın qol vurmaq bacarığı yaxşıdır. Qrupdakı oyunlarda da İraq məhsuldar nəticəylə diqqəti cəlb edir. Ona görə bu dueldə ÜST2.5 seçimini daha real görürəm.