Sürpriz kupon – 29.01.2024
Qətər – Fələstin – 1
Son dünya çempionatının təşkilatçısı qrupda bütün matçlarda qələbə qazanıb. Heyət baxımından daha yaxşı təsir bağışlayan Qətərin növbəti mərhələ şanslarını yüksək qiymətləndirirəm. Qrupda nümayiş etdirdiyi oyunlara əsasən əsas vaxtda Qətər millisinin matçın taleyini həll edəcəyini söyləmək olar.
Kayserispor – Antalyaspor – ÜST2.5
Kayseri təmsilçisində milli komandaların oyunlarına görə 3 futbolçu “Antalyaspor”a qarşı mübarizə aparmayacaq. Antalya komandası turnir cədvəlində liderlər qrupuna çox yaxın qərarlaşıb. Bu səbəbdən Kayseridə komandaya qələbə çox vacibdir. “Antalyaspor”un qələbəsinə mərc gəlmək bir qədər riskli görünür. Ona görə məhsuldar nəticənin üzərində dayanıram.
Qalatasaray – Qaziantep – QQ
Superliqada iki hakimiyyətlilik davam edir. “Fənərbağça” və “Qalatasaray” hərəyə 57 xal toplayıb. Milli komandaların oyunlarına görə 5 futbolçu Cim Bomun düşərgəsini tərk edib. Bununla belə meydan sahibləri favorit hesab olunur. Qonaqların Cim Bomun qollarına cavab verəcəyini fikirləşirəm. “Qaziantep” ən azı 1 qol vuracaq.