Günün kuponu – 28.12.2021
“Sauthempton” – “Tottenhem” – QOL /QOL [nowbetnow-dynamic dyn_code=990]
“Tottenhem” “Kristal Pelas” qələbəsindən sonra (3:0) “Sauthempton” səfərinə yüksək əhval-ruhiyyədə gedir. Antonio Kontenin komandası Premyer Liqada 6 oyundur uduzmur. “Sauthempton” isə son 2 matçda rəqib qapılarından 5 top keçirsə də, özü də 4 qol buraxıb. Ümumiyyətlə, komanda sonuncu dəfə 8 tur əvvəl qapısını toxunulmaz saxlayıb. “Tottenhem” indi yaxşı formada olsa da, adətən bu komandaların oyunlarında qol/qol gəlir. Son 4 qarşılaşmaya baxaraq, yenə də qol/qola üstünlük verirəm.
“Uotford” – “Vest Hem” – 2 [nowbetnow-dynamic dyn_code=991]
“Uotford” bu günlərdə ciddi kadr problemləri yaşayır. “Mançester Yunayted” qələbəsindən sonra komanda ardıcıl 4 oyunda məğlub olub. Klaudio Ranyerinin komandasını təhlükəli zonadan cəmi 2 xal ayırır. “Vest Hem” də Premyer Liqada 3 matçdır qələbəyə həsrətdir. “Vest Hem” “Uotford”un meydanında keçirilən son 2 oyunda qalib gələ bilib. Düşünürəm ki, bu dəfəki qarşılaşmadan da 2 gözləməyinə dəyər.
“Kristal Pelas” – “Norviç” – 1 [nowbetnow-dynamic dyn_code=992]
“Norviç” bu mövsüm Premyer Liqanın ən zəiflərindəndir. Komanda son 4 oyunun hamısında uduzmaqla yanaşı, 1 qol da vurmayıb. “Kristal Pelas” da hələ ki, qeyri-sabit oyun nümayiş etdirsə də, potensialına görə növbəti rəqibindən üstündür.