Sürpriz kupon – 28.12.2021

Sürpriz kupon – 28.12.2021

“Maritimo” – “Vizela” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=993]

“Maritimo” turnir cədvəlində “Vizela”nı cəmi 1 xal qabaqlayır. “Maritimo” bundan əvvəlki turda Lissabonda “Benfika”dan ağır zərbə aldı – 1:7. İnanmıram ki, belə məğlubiyyət futbolçuların psixologiyasına təsir göstərməsin. “Vizela” isə kubokda “Braqa” üzərində qələbə qazandı.

“Maritimo”nun son 3 oyunu qol/qolla yekunlaşıb. Güman edirəm ki, bu dəfə də qarşılıqlı qollar görə bilərik.

“Tondela” – “Jil Visente” – 1

“Tondela” çempionatda son 3 oyunda məğlub olub. “Jil Visente” ilə görüş onlar üçün dönüş nöqtəsi ola bilər. Turnir cədvəlində hazırda “Jil Visente” “Tondela”dan öndə olsa da, komandalar təxminən eyni səviyyədədirlər. Ona görə də bu matça proqnoz vermək çox çətindir. “Tondela”ya yalnız doğma meydan amili kömək ola bilər.

“Trabzonspor” – “Boluspor” – ÜST 2,5

Super Liqanın lideri “Boluspor” qarşısında aşkar favoritidir. Amma Abdullah Avcı böyük ehtimalla əsas heyət oyunçularının çoxuna istirahət verəcək. Oyunun Trabzonda keçirilməsi “Boluspor”un işini bir az da çətinləşdirir. Trabzon komandasının qələbəsi heç kimdə şübhə doğurmur. Sürpriz kuponda isə biz üst 2,5 gözləyirik.

Elnur Məmmədlidən ən son “Sürpriz Kupon”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 28.12.2021

Növbəti yazı

Cənubi Amerikanın rəmzi yığması açıqlandı