Günün kuponu – 28.04.2022

Günün kuponu – 28.04.2022

“Mançester Yunayted” – “Çelsi” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1362]
Premyer liqada liderlər “Mançester Siti” və “Liverpul” mübarizəsindən geri qalan “Çelsi” üçüncü yerdədir. Avropa Liqasında vəsiqə qazanmağa yaxın olan “Mançester Yunayted” isə altıncıdır. “Arsenal” və “Liverpul”a uduzan qırmızı şeytanlar hazırda yaralı vəziyyətdədir. “Zadəganlar” isə ÇL-dən kənarda qalandan sonra bütün fikrini ölkə çempionatına yönəldib.


“Lester” – “Roma” ALT 2.5 [nowbetnow-dynamic dyn_code=1363]
UEFA Konfrans Liqasında yarımfinal. İlk oyunda “canavarlar” İngiltərədə meydana çıxacaq. Son 3 matçda qələbə qazana bilməyən ingilislər ev oyunlarda müdafiədə diqqətli oynayır. A seriyasında son iki oyunda 1 xal qazanan “Roma” Konfrans Liqada finala yüksəlmək arzusundadır. Fikrimcə ingilislər adəti üzrə müdafiədən oynamaqla ALT2.5 seçimini doğruldacaq.


“Feyenord” – “Marsel” ÜST 2.5 [nowbetnow-dynamic dyn_code=1364]
Konfrans Liqasında ilk yarımfinal matçı. Komandalar rəsmi oyunlarda iki dəfə üz-üzə gəlib. Çempionlar Liqasında qarşılaşan tərəflərin duelində “Feyenord” evdə qələbə qazanıb, səfərdə qolsuz heç-heçəyə nail olub. Amma “Marsel” illər öncə zəif büdcə ilə çıxış edən klub deyil. Fransızlar səfərdə qol vurmaqla rəqibi bərk əsəbləşdirə bilər. Ona görə bu oyundan məhsuldar nəticə gözləmək mümkündür.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

A Seriyası klubunda ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 28.04.2022