A Seriyası klubunda ayrılıq

A Seriyası klubunda ayrılıq

A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırıb. “Venetsiya” çalışdırıcısı Paolo Zanettini istefaya göndərib.

Bu qərarın səbəbi komandanın uğursuz çıxış etməsidir. Təsadüfi deyil ki, “Venetsiya” fevralın 20-dən bəri keçirdiyi matçlarda xal üzünə həsrət qalıb. Komanda son 8 görüşün hamısında uduzub. Mövsümün sonuna kimi komandaya klubun əvəzedici heyətinin çalışdırıcısı Andrea Sonçin rəhbərlik edəcək.

Qeyd edək ki, “Venetsiya” 1999/2000 mövsümündən bəri ilk dəfə Paolo Zanettinin rəhbərliyi altında A seriyasında çıxış edib. Komanda hazırda 22 xalla sonuncu pillədə qərarlaşır.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” Jezuşu istəyir

Növbəti yazı

Günün kuponu – 28.04.2022