Günün kuponu – 25.09.2024

Günün kuponu – 25.09.2024

AZ Alkmaar – Elfsborq 1

AZ Alkmaar özündən xeyli zəif rəqiblə doğma “AFAS Stadion”da üz-üzə gələcək. Bu arenada sentyabrın 14-ü keçirilən son qarşılaşmada AZ Alkmaar “Elfsborq”dan daha güclü “Herenven”i 9:1 kimi futbol üçün nadir hesabla darmadağın edib. Meydan sahiblərinin bu dəfə də rahat qələbə qazanacağını proqnozlaşdırıram.

Bodo Qlimt – Porto X2

Klublar və çıxış etdikləri ölkə çempionatları arasında fərq bəllidi. “Porto” komanda olaraq istər futbolçu seçiminə, istərsə də oyununa görə rəqibindən səviyyəlidi. Qonaqların bu fərqi ortaya qoyacağını düşünsəm də, bir qədər sığortalanmaq üçün X2 mərcini seçirəm.

Barselona – Xetafe 1

“Barselona” daxili çempionatda 6 oyuna 6 qələbə qazanıb. La Liqanın lideri autsayderlərdən biri ilə qarşılaşmada çətinlik çəkməməlidi.
Rəqiblər arasında ciddi səviyyə fərqi yekun nəticədə özünü göstərməlidi.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Premyer Liqada məhsuldarlıq rekordu

Növbəti yazı

Sürpriz kupon – 25.09.2024