Günün kuponu – 24.05.2022
“Dinamo Drezden” – “Kayzerslautern” 1
Almaniyanın köklü klublarından olan “Dinamo” II Bundesliqanı tərk etmək təhlükəsi ilə üz-üzədir. II Bundesliqada 16-cı yeri tutan Drezden təmsilçisi pley-off oynlarına qatılıb. “Kayzerslautern”lə ilk görüşdə qalib müəyyənləşməmişdi. “Dinamo Drezden” II Bundesliqada qalmaq üçün öz meydanında qələbə qazanmalıdır.
“Ekselsior” – “Den Haaq” QOL/QOL
Hər iki klub ötən mövsümü aşağı liqada keçirib. İndi isə Eredviziyaya yüksəlmək üçün yaxşı imkan düşüb. “Ekselsior” bundan öncəki mərhələdə Eredviziyada 16-cı yeri tutmuş “Herakles”i iki oyunun nəticəsinə əsasən məğlub edə bildi. Bu komandalar arasında son 5 oyunun dördündə qol\qol qeydə alınıb. Bu dəfə də hər iki komandanın fərqlənəcəyinə mərc etmək olar.
“Ostersunds” – Orgryte” QOL/QOL
8 oyundan sonra komandalar İsveç aşağı liqasında sonuncu – 15-16-cı yerləri bölüşürlər. “Ostersunds” rəqibini 3 xal qabaqlayır. İsveçdə hələ ki mövsüm yeni başladığından hər iki klub çətin vəziyyətdən çıxa bilər. Bu komandalar sonuncu dəfə 2013-cü dəfə üz-üzə gəliblər və hər iki oyunda 2:1 hesabı qeydə alınmışdı. Ümid edirəm ki, bu dəfə də hər iki komanda qol vura biləcək.