Günün kuponu – 22.08.2023
“Rakuv” – “Kopenhagen” – cüt şans və qol cəmi X2 və ÜST 1.5
“Kopenhagen” avrokuboklarda “Rakuv”la müqayisəedilməyəcək dərəcədə təcrübəlidi. Danimarkalılar mövsümə əla başlayıb və ölkə çempionatında ilk 5 oyunun hamısında qələbə qazanıb. Qonaqların məğlub olmayacağını və matçda ən azı 2 qol vurulacağını düşünürəm.
“Qlazqo Reyncers” – PSV – hər iki komanda qol vuracaq və ÜST 2.5
PSV 8 oyunluq qələnə seriyasıma malikdi. Eyndhovenlilər ÇL-də “Şturm”u 3:1 və 4:1 hesabı ilə məğlub edəndən sonra şotlandlara rəqib olub. Son matçda “Livinqston”u 4:0 udan qlazqolular da müdafiədə oturmaq fikrində deyil.
“Antverpen” – AEK – birinci hissə və ya oyun nəticəsi “Antverpen”
Yunanlar “Dinamo Zaqreb”lə qarşılaşmalardan son anlarda vurduqları qollarla fantastik şəkildə qalib çıxsa da, hər tur möcüzə olmaq ehtimalı azdı. Meydan sahibləri bukmekerlərin favoritidi və bu avansı doğruldacaq potensialdadılar.