Günün kuponu – 21.08.2023

Günün kuponu – 21.08.2023

“Kristal Pelas” – “Arsenal” ÜST2.5
Premyer Liqada yeni mövsümə qələbə ilə başlayan komandalar 2-ci turda da uğurun davamını gətirməyə çalışacaq. Startda xal itkisi hər ikisinin planına daxil deyil. Üstəlik topçular hücumda etibarlı oynamaqla rəqiblərini məyus etməyə öyrəşib.

“Torino” – “Kalyari” QOL/QOL
A seriyasında ilk tura mərc etmək həmişə çətin olub. Adətən yay istirahətindən qayıdan italyan klublar startda sürpriz nəticələrə imkan yaratmaqla proqnozları doğrultmur. Qeyd edim ki, hər iki komanda İtaliya Kubokunda ilkin mərhələni uğurla adlayıb.

“Bolonya” – “Milan” QOL/QOL
Meydan sahibləri “Milan” üzərində son qələbəni 2016-cı ildə qazanıb. Rossonyerlər ötən mövsümdəki heyəti gücləndirməklə bu ildə də iddiasını nümayiş etdirməyə səy göstərəcək. Qonaqların A Seriyasına qələbə ilə başlayacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Messi tarixin ən titullu futbolçusu oldu

Növbəti yazı

Sürpriz kupon – 21.08.2023