Sürpriz kupon – 21.08.2023

Sürpriz kupon – 21.08.2023

“Alaves” – “Sevilya” 2
İlk turda məğlub olan komandalar növbəti həftə “Alaves”in stadionunda üz-üzə gəlir. Fikrimcə qonaqlar səfərdə oynamasına rəğmən qələbə qazanacaq. Heyət baxımından rəqibdən güclü olan “Sevilya” növbəti dəfə xal itirməmək üçün daha diqqətli olacaq.

“Qranada” – “Rayo Valekano” Qol SAYI TƏK
Startda “Almeriya”nı üstələyən “Rayo Valekano” indi səfərə yollanır. 2-ci turda qonaqları son 12 ayda məğlub etmədikləri “Qranada” gözləyir. Yay hazırlığında cəmi 1 yoxlama görüşündə qələbə qazanan “Rayo Valekano”dan səfərdə qələbə gözləmək bir qədər risklidir.

“Samsunspor” – “Fənərbağça” 2
Superliqaya qələbə ilə başlayan sarı lacivərdlilər indi Samsuna yollanır. Yüksək liqaya vəsiqə qazanan Samsun təmsilçisi ilk turda səfərdə “Sivasspor”la 1-1 oynamaqla diqqəti cəlb edib. “Fənərbağça” daha təhlükəli rəqib olduğundan qonaqların xal itirəcəyinə inam çox deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 21.08.2023

Növbəti yazı

Verratti üçün 2 variant